Azərbaycan cüdoçusu mübarizəyə qələbə ilə başladı

Azərbaycan cüdoçusu mübarizəyə qələbə ilə başladı
11:12 14 May 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün IV Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışlarının ikinci gününə start verilib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, 78 kq çəki dərəcəsində Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska ilk görüşünü keçirib. Onun rəqibi Toqo idmançısı Koro Essohaman olub. Təmsilçimiz ilk görüşdə rəqibini ipponla məğlub edib.

Növbəti rəqibini də məğlub edərsə, idmançımız finala vəsiqə qazanacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR