Azərbaycan cüdoçuları qələbələrini davam etdirir

Azərbaycan cüdoçuları qələbələrini davam etdirir
11:15 14 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan cüdoçusu Elxan Məmmədov (100 kq) və Məmmədli Mehdiyev (90 kq) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışlarının ikinci günündə mübarizəyə qoşulublar.

Trend-in məlumatına görə, E.Məmmədovun rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Mania Sultan, M.Mehdiyevin rəqibi isə BƏƏ təmsilçisi Marçitan Mihal olub.

Hər iki təmsilçimiz rəqiblərinə qalib gəliblər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR