Rusiyada şəhər meri içdi, sakinlərə müraciət etdi - VİDEO

Rusiyada şəhər meri içdi, sakinlərə müraciət etdi - VİDEO
11:22 14 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Mer özü isə çıxışındakı anlaşılmazlıqları stadionda quraşdırılmış mikrofonun nasazlığı ilə izah edib

Milli.Az istipress-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Rusiyanın paytaxtı Moskva yaxınlığında yerləşən Ximki şəhərinin meri Dmitri Voloşinin 9 May - Qələbə günü münasibətilə sakinlər qarşısında təbrik çıxışı qızğın müzakirələrə səbəb olub.

"Rodina" stadionunda yağış altında tribunalara toplaşan sakinlər merin kəkələyərək çıxış cəhdini gülüşlərlə qarşılayıblar. Onlar əmindirlər ki, mer həmin gün sərxoş olub.

Mer özü isə çıxışındakı anlaşılmazlıqları stadionda quraşdırılmış mikrofonun nasazlığı ilə izah edib.

Bəzi mənbələrə görə, bu hadisədən sonra Ximki şəhər administrasiyasının mədəniyyət şöbəsinin rəisi Tatyana Jukova vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR