Cüdoçumuz Elmar Qasımov yarışlara qələbə ilə başladı

Cüdoçumuz Elmar Qasımov yarışlara qələbə ilə başladı
11:29 14 May 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan cüdoçusu, Rio-2016-nın gümüş mükafatçısı Elmar Qasımov (100 kq) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışlarının ikinci günündə tatami üzərinə çıxıb.

Trend-in məlumatına görə, onun rəqibi Türkiyə təmsilçisi Ali Erdoğan olub. Cüdoçumuz rəqibini məğlub edərək yarımfinala çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR