Ərdoğan Tsiprasla türk hərbçilərin ekstradisiyasını müzakirə etdi

Ərdoğan Tsiprasla türk hərbçilərin ekstradisiyasını müzakirə etdi
11:38 14 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Çinə səfəri çərçivəsində Yunanıstanın baş naziri Aleksis Tsipras ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə dövlət çevrilişi cəhdində ittiham olunan 8 türk hərbçinin ekstradisiyası məsələsi müzakirə edilib.

"Anadolu" agentliyi xəbər yayıb ki, görüş qapalı şəraitdə keçib və bir saat davam edib. Türkiyə liderinin administrasiyasındakı mənbənin məlumatına görə, Ərdoğan görüşdə Afinanın imtinasının iki ölkə münasibətlərində problemə səbəb olduğunu qeyd edib. O, qeyd edib ki, hərbçilərin ekstradisiyası məsələsində Afinanın müvafiq addımlar atacağını gözləyirlər.

Ərdoğan və Tsipras, həmçinin Kipr münaqişəsinin nizamlanması mövzusuna toxunublar. Tərəflər nizamlanmaya nail olmaq və dialoqun davam etdirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

Liderlər, həmçinin Egey dənizi hövzəsində gərginliyin azaldılmasının və digər məsələlərin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR