Sarımsaq qoxusundan bu üsulla xilas olun

Sarımsağın insan sağlamlığına nə dərəcədə faydalı olduğu demək olar ki, hər kəsə məlumdur. Buna görə də, xeyirli tərəvəzi yeməklərdən əksik etməmək tövsiyə olunur. Lakin doğradıqdan sonra əllərdə qalan sarımsaq qoxusu insanı olduqca narahat edir. Əldəki sarımsaq iyini necə çıxarmaq olar?

Bunun üçün sizə sabun, su və qaşıq lazımdır. İlk olaraq əllərinizi sabunlayın. Suyla duruluyın və polad qaşıqla iy keçənə qədərə ovun. Bu zaman sarımsağın tərkibindəki pis qoxuya səbəb olan sülfid molekulları poladdakı sülfid molekullarına yapışacaq və əllərinizdəki sarımsaq qoxusu metala keçəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR