Elxan Məmmədov qızıl medalın bir addımlığında

Elxan Məmmədov qızıl medalın bir addımlığında
12:27 14 May 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçusu Elxan Məmmədov (100 kq-a qədər) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ikinci qələbəsini qazanıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, cüdoçumuz ikinci görüşündə Özbəkistan təmsilçisi Viktor Demyanenko ilə qarşılaşıb. Cüdoçumuz rəqibini məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR