Islamiada: Azərbaycanın idman gimnastika üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb

Islamiada: Azərbaycanın idman gimnastika üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb
12:32 14 May 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb. 
"Report"un məlumatına görə, tərkibi Yuliya İnşina, Marina Nekrasova və Yekaterina Tişkovadan ibarət heyət sərbəst hərəkətlər və gimnastika tirində də çıxışlarını yüksək nəticələrlə başa vurublar.
Dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda ötən gün əldə etdiyi nəticələr də nəzərə alınmaqla, Azərbaycan 99,300 xalla 1-ci yeri tutub. Türkiyə 96,050 xalla 2-ci, İndoneziya 92,050 xalla 3-cü olub.
Qeyd edək ki, bu, Azərbaycanın 11-ci qızıl medalı, ümumilikdə isə 23-cü medalı olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/islamiada-azerbaycanin-idman-gimnastika-uzre-qadinlardan-ibaret-komandasi-qizil-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR