DİQQƏT: Bakıda intensiv yağış yağacaq, temperatur enəcək

DİQQƏT: Bakıda intensiv yağış yağacaq, temperatur enəcək
12:34 14 May 2017
123 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 15-nə gözlənilən hava proqnozunu açıqlayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, mayın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz  19-24° isti, dağlarda gecə 3-8° isti,

gündüz 9-14° isti olacağı gözlənilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR