Nazirlik əhaliyə xəbərdarlıq etdi: qarşıdakı 3 gündə...

Nazirlik əhaliyə xəbərdarlıq etdi: qarşıdakı 3 gündə...
12:44 14 May 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Lent.az nazirliyə istinadən xəbər verir ki, xəbərdarlıq qarşıdakı günlərdə gözlənilən hava şəraiti ilə bağlıdır. Belə ki, mayın 15-i axşamdan 16-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Mayın 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR