Elmar Qasımov finalda

Elmar Qasımov finalda
12:47 14 May 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçusu, "Rio-2016"nın gümüş mükafatçısı Elmar Qasımov (100 kq-a qədər) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ikinci görüşünü keçirib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, E.Qasımov ikinci mübarizəsində Əlcəzair təmsilçisi Layes Buyaqubla qarşılaşıb. Cüdoçumuz ipponla rəqibinə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR