Azərbaycanda evsizlərin yaşadığı binada MÜƏMMALI HADİSƏ - FOTOLAR

Azərbaycanda evsizlərin yaşadığı binada MÜƏMMALI HADİSƏ - FOTOLAR
12:48 14 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Mingəçevir şəhərində istifadəsiz binada tapılan kişi meyitinin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmayıb.

Publika.az lent.az-a istinadən xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində istifadəsiz qalmış dördmərtəbəli tikilidə aşkarlanmış yarıyanmış-yarıçürümüş kişi meyiti Patoloji Anatomiya Birliyinin Yevlax şöbəsinə aparılıb. 30-35 yaşlı həmin şəxsin üzərində hər hansı sənəd tapılmadığından adını müəyyənləşdirmək də mümkün olmayıb.

Bildirilir ki, meyitin tapıldığı binada xeyli vaxtdır ki, tüfeyli həyat tərzi sürən və evi olmayan insanlar yaşayır. Ölən şəxsin həmin insanlarla münasibətinin olub-olmadığı, bədbəxt hadisə nəticəsində və ya qəsdən öldürüldüyü də aydın deyil.

İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl vəfat edib. Çünki binanın ətrafında güclü qoxu yaranıbmış və ətrafda yaşayan sakinlərin müraciətindən sonra orada axtarış aparılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR