Azərbaycan daha bir qızıl medal qazandı

Azərbaycanın qadın idman gimnastları komanda hesabında birinci yerdədirlər.

Metbuat.az bildirir ki, Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkovadan ibarət idman gimnastikası üzrə Azərbaycan komandası İslamiadnın idman gimnastikası yarışlarında qızıl medal qazanıb.

Türkiyə gümüş, İndoneziya isə bürünc medala sahib olub.

Bu, Azərbaycanın İslamiada çərçivəsində keçirilən gimnastika yarışlarında ikinci qızıl medalıdır. Bundan əvvəl Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycanın bədii gimnastika üzrə komandası da qızıl medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR