Şəmkirdə qadın əri tərəfindən döyülərək xəstəxanaya düşüb

Şəmkirdə qadın əri tərəfindən döyülərək xəstəxanaya düşüb
13:12 14 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir. 14 may. REPORT.AZ/ Şəmkir rayonunun Kür qəsəbəsində qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü qəsəbə sakini Elnur Quliyev həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Həsənovanı döyərək baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
Yaralı əvvəlcə yaxınlarının köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına köçürülən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-qadin-eri-terefinden-doyulerek-xestexanaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR