Bakı-2017: İdman gimnastikası yarışlarında qalib komandalar mükafatlandırıldı - FOTO

Bakı-2017: İdman gimnastikası yarışlarında qalib komandalar mükafatlandırıldı - FOTO
13:17 14 May 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarının komanda hesabında qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, mərasimdə medalları kişilərdən ibarət komandalara Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe, qadınlardan ibarət komandalara isə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət yığması qızıl, kişilərdən ibarət komandası isə gümüş medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR