Yuri Syomin: "Nazarov "Lokomotiv"də? Birinci dəfədir bu barədə eşidirəm"

Yuri Syomin: "Nazarov "Lokomotiv"də? Birinci dəfədir bu barədə eşidirəm"
13:22 14 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ Rusiya "Lokomotiv"inin baş məşqçisi Yuri Syomin Almaniyanın "Erzgebirge" komandasının və Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun kluba mümkün keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Azərbaycan futbolçusunun kluba trasferinin rusiyalı mütəxəssis tərəfindən təsdiq edildiyi iddia olunurdu.
"Birinci dəfədir bu barədə eşidirəm. Məlumat həqiqətə uyğun deyil", – deyə Syomin bildirib.
Nazarov cari mövsümdə Almaniyanın II Bundesliqasında keçirdiyi 26 oyuna 9 qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuri-syomin-nazarov-lokomotivde-birinci-defedir-bu-barede-esidirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR