Makron bu gün and içəcək

Makron bu gün and içəcək
13:37 14 May 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Fransanın yeni seçilən prezidenti Emmanuel Makronun andiçmə mərasimi keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, inauqurasiya mərasimi ilə əlaqədar Parisdə fövqəladə təhlükəsizlik tədbirləri görülür.

Fransa paytaxtında 1,5 min polis və jandarma səfərbər edilib, hərbçilər patrul xidməti həyata keçirir. Avtomat silahlı polislər avtobuslarla Emmanuel və Bricit cütlüyünün yaşadığı  Kler küçəsini bağlayıb. Makron cütlüyü 2016-cı ildən bu küçədə binada yaşayır. Məhz buradan E. Makron zirehli avtomobilə Yelisey sarayına yollanacaq, yerli vaxtla saat 10.00-da (Bakı vaxtı ilə saat 12.00) çıxış edəcək. Həyat yoldaşı isə 10 dəqiqə sonra Yelisey sarayına təşrif buyuracaq. Hazırkı Fransa prezidenti Fransua Olland evli olmadığı üçün E. Makronu tək qarşılayacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR