Yığmanın məşqçisi: Gəlmişik sübut edək ki, Azərbaycan karatedə təsadüfi qonaq deyil

Yığmanın məşqçisi: Gəlmişik sübut edək ki, Azərbaycan karatedə təsadüfi qonaq deyil
13:44 14 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

"Biz gəlmişik bütün müsəlman dünyasına deyək ki, Azərbaycan karatedə təsadüfi qonaq deyil". Trend-in məlumatına görə, bunu Azərbaycanın karate üzrə milli yığmasının məşqçisi Vahid Ayvazov deyib.

Məşqçi deyib: "Bu gün qızıl medal qazanmağı və bütün Azərbaycanı sevindirməyi çox istəyirik. Əgər Roma Heydərov qələbə qazansa, bu, İslam Oyunları tarixində karate-kata üzrə bizim ölkənin qazandığı ilk qızıl medal olacaq".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2754019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR