Mübariz Mənsimov aktrisanın əri ilə stəkan davasına çıxdı

Mübariz Mənsimov aktrisanın əri ilə stəkan davasına çıxdı
13:52 14 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə Türkiyədə "İstinye Park"da fransız restoranının açılışı zamanı dava düşüb. 

Qafqazinfo xəbər verir ki, bu barədə Hurriyet yazır. Məlumata görə, açılış mərasiminə qatılanlar arasında aktrisa Nur Fettahoğlu ve əri Levent Veziroğlu da olub. Bundan başqa, açılışda məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimov da iştirak edib. 

Əyləncəylə başlayan gecə xoşagəlməz şəkildə bitib. Qəzet yazır ki, Veziroğlu ilə Mənsimov arasında səbəbi bilinməyən gərginlik yaşanıb. Getdikcə mübahisə böyüyüb və qonaqların bir-birinə stəkan atmağı ilə sonlanıb. Qeyd edilir ki, davanı sakitləşdirmək üçün hətta araya digər qonaqlar giriblər. Bundan sonra hər iki məşhur mərasimi tərk edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR