Göygöldə 70 yaşlı kişini iki qadın döyüb xəstəxanalıq etdilər

Göygöldə 70 yaşlı kişini iki qadın döyüb xəstəxanalıq etdilər
13:57 14 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə döyülmə faktı qeydə alınıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Daşkəsən rayon sakini 1947-ci il təvəllüdlü Əliyev Əli kənddə olan bağ sahəsində iki qadının heyvan otardığını görüb. Onlara etiraz edən kişi qadınlar tərəfindən ağacla döyülüb. Müxtəlif bədən xəsarətləri alan 70 yaşlı Ə.Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/544644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR