Yığmanın məşqçisi: "Gəlmişik sübut edək ki, Azərbaycan karatedə təsadüfi qonaq deyil"

Yığmanın məşqçisi: "Gəlmişik sübut edək ki, Azərbaycan karatedə təsadüfi qonaq deyil"
14:05 14 May 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Biz gəlmişik bütün müsəlman dünyasına deyək ki, Azərbaycan karatedə təsadüfi qonaq deyil.

Milli.Az Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın karate üzrə milli yığmasının məşqçisi Vahid Ayvazov deyib.

Məşqçi deyib: "Bu gün qızıl medal qazanmağı və bütün Azərbaycanı sevindirməyi çox istəyirik. Əgər Roma Heydərov qələbə qazansa, bu, İslam Oyunları tarixində karate-kata üzrə bizim ölkənin qazandığı ilk qızıl medal olacaq".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR