George Hacının komandası çempion oldu

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu George Hacının baş məşqçisi olduğu Konstanta şəhərinin “FC Viitorul” komandası futbol üzrə Rumıniya 1-ci Liqasının qalibi olub.

Metbuat.az bildirir ki, son turda “CFR Cluj” klubu üzərində 1-0 hesablı qələbə qazanmaqla “FC Viitorul” tarixində ilk dəfə olaraq ölkə çempionu adını qazanıb.

“Biz qələbəyə layiq idik və inanılmaz olanı etdik. Çox xoşbəxtik ki, Rumıniyanın ən böyük klubu ilə çempion olmaqla adımızı ölkə tarixinə yazdıq. Avropanın ən gənc çempionlarıyıq. Bütün bu işlərin arxasında güclü futbol akademiyamız durur”, – deyə G.Hacı bildirib.

“FC Viitorul” və “FCSB” (keçmiş "Styaua") klubları turnir cədvəlində bərabər – 44 xal toplasa da "play-off" mərhələsində onlar arasında şəxsi oyunların nəticələrinə əsasən (3-1 və 1-1) “FC Viitorul” 1-ci pilləni tutmaqla ölkə çempionu olub.

Qeyd edək ki, Rumıniya futbol tarixinin ən yaxşı futbolçularından biri olan George Hacı 2009-cu ildə “George Hacı Futbol Akademiyası” və “FC Viitorul” klubunu təsis edib. Klub 2012-ci ildə əsas liqaya vəsiqə qazanıb. // Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR