"İtlərin intihar körpüsü"

1859-cu ildə inşa edilən Overtoun körpüsü "itlərin intihar körpüsü" də adlanır.

Metbuat.az xəbər verir ki, Şotlandiyanın Milton şəhəri yaxınlığında yerləşən körpünü məşhurlaşdıran burada baş verən sirli hadisələrdir.

“Overtoun anomaliyası”nda ilk hadisə 1951-ci ildə baş verib. Körpünün üzərinə çıxan it özünü 15 metr hündürlükdən ataraq, intihar edir. Bu hadisədən sonra itlərin intiharı kütləvi hal almağa başlayır. Hesablamalara görə, orta hesabla ay ərzində bir it özünü körpüdən atır. Maraqlı məqam isə intihar edən itlərin eyni yerdən dayanaraq, başları aşağı vəziyyətdə özlərini tullamalarıdır.

Digər maraqlı məqam isə hətta sağ qalan itlərin sonradan eyni yerə çıxıb, yenidən intihara cəhd etmələridir. Diqqət çəkən nüanslardan biri də intihar edən itlərin böyük bədən ölçüsü və uzun sifət quruluşuna malik olmasıdır. Belə ki, onlar əsasən, "tazı" (ov iti), "doberman", "labrador", "retriever", "kolli" cinsli itlərdir.

Yerli sakinlər arasında körpüdə baş verənlərlə bağlı müxtəlif əfsanələr dolaşır. Bəzi mülahizələrə görə, körpüdə baş verən sirli olaylar ordan atılan uşağın ruhu ilə bağlıdır. Belə ki, ata nadinc, itaətsiz oğlunda şeytani əməllər sezdiyini bildirərək, əvvəlcə oğlunu körpüdən atır, sonra da özü intihar edir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR