Gəncədə özünü qatarın altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub

Gəncədə özünü qatarın altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub
14:47 14 May 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 14 may. REPORT.AZ/ Gəncə şəhərində özünü yük qatarının altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub.
Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, mayın 13-də axşam saatlarında Gəncə şəhər Poçt qəsəbəsi ərazisində özünü dəmiryolu xəttindən keçən yük qatarının altına ataraq intihar edən qadının Şəmkir rayon Seyfəli kənd sakini, 1948-ci il təvəllüdlü, Fərzəliyeva Elmira Çıraqəli qızı olduğu müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-ozunu-qatarin-altina-ataraq-intihar-eden-qadinin-sexsiyyeti-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR