Bakıda İslamiada çərçivəsində kişi idman gimnastikasında yeni element təqdim olundu

Bakıda İslamiada çərçivəsində kişi idman gimnastikasında yeni element təqdim olundu
15:13 14 May 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

İranın idman gimnastı Saedrza Keixa Bakıda İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda idman atında hərəkətlərdə yeni element təqdim edib.

Publika.az-ın Trend-ə istinadən məlumatına görə, idmançı özü bu barədə məlumat verib və həmin elementi uğurla təqdim etdiyi üçün sevindiyini bildirib.

İranlı gimnast İslamiadadakı çıxışından razı qaldığını da vurğulayıb: "Burada İslam Oyunlarında çıxış etməkdən böyük zövq aldım".

İdmançı Bakıda Milli Gimnastika Arenasında zalın çox gözəl olduğunu və burada çıxış etməyin çox rahat olduğunu da vurğulayıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR