Bakıda mənzildə 81 yaşlı qadının cəsədi tapıldı

Bakıda mənzildə 81 yaşlı qadının cəsədi tapıldı
15:17 14 May 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1936-cı il təvəllüdlü Qruliyeva Mina Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:33-də başa çatıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/544673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR