Yığmamız Qazaxıstanda 4 medal qazandı

Yığmamız Qazaxıstanda 4 medal qazandı
15:32 14 May 2017
37 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan millisi də iştirak edib.

Azərbaycan Boks Federasiyasından Mlli.Az-a verilən məlumata görə, baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında turnirə yollanan komandamız vətənə 4 medalla qayıdıb. Boksçularımızdan Maqsud Xasmetov (46 kq), Elşən Cəbizadə (54 kq), Rüfət Nəbiyev (66 kq) və Adir Vəliyev (80 kq) bürünc mükafat qazanıblar.

Yarışda Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR