Murad Dadaşovla ekranlara "QARŞIDURMA" ilə qayıdır: "Buna imkan verməyəcəm" - FOTO

Murad Dadaşovla ekranlara "QARŞIDURMA" ilə qayıdır: "Buna imkan verməyəcəm" - FOTO
16:12 14 May 2017
178 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış şoumen Murad Dadaşov mayın 28-də Azad Azərbaycan telekanalında start götürəcək "Maşın" şounun növbəti buraxılışından danışıb.

Milli.Az bildirir ki, yeniçağ.az-a açıqlama verən şoumen şouda möcüzə yaşanacağını bildirib:

"Bu şouda böyük bir həyəcan yaşanacaq. Çünki bura elə bir iştirakçılar yığılır ki... Deməklə deyil, bu, əsl möcüzədir. Şounun adı da "Qarşıdurma"dır. Bu da o deməkdir ki, əsl qarşıdurma yaranacaq. Ən böyük katalizator mən, bir də mövcud vəziyyətdir. Böyük bir qarşıdurma və 21 yuxusuz gecəni hər kəs həyəcanla izləyəcək".

Maraqlıdır, görəsən, şou zamanı rəqiblər arasında dava olacaqmı?

Murad Dadaşovun cavabı belə oldu: "Dava olmayacaq, çünki buna imkan verməyəcəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR