Cüdoçu Rüstəm Orucov ikinci dəfə məğlub olduğu Hidayət Heydərovla yenidən qarşılaşmaq arzusundadır

Cüdoçu Rüstəm Orucov ikinci dəfə məğlub olduğu Hidayət Heydərovla yenidən qarşılaşmaq arzusundadır
16:42 14 May 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ “İkinci yer də pis nəticə deyil. Təbii ki, qızıl qazanmaq istərdim. Lakin bir az texniki səhvə yol verdim”.
“Report”un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.
Finalda digər Azərbaycan cüdoçusu Hidayət Heydərova uduzan R.Orucov yerli cüdoçulara qarşı mübarizə aparmaqda çətinlik çəkdiyini etiraf edib. 73 kq. çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı bildirib ki, əslində, qalib gələcəyini düşünüb:
“Özümüzünkülərlə güləşə bilmirəm. Bizimkilərlə tatamiyə başqa cür çıxıram. Əslində, yaxşı başlamışdım. Elə bildim ki, qalib gələcəyəm. Sadəcə olaraq, bir az “boşaldım” və rəqib də bundan istifadə etdi".
Parisdə keçiriən “Böyük Dəbilqə” turnirində də H.Heydərova uduzan R.Orucov onunla yenidən görüşmək istədiyini gizlətməyib:
"Sevinirəm ki, rəqibim var. 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına qədər aramızda güclü rəqabət gedəcək. Onunla dünya çempionatında da qarşılaşmaq istərdimmi? Təki elə olsun”.
26 yaşlı cüdoçu çəkisini dəyişmək haqda düşünmədiyini söyləyib. O, güclü rəqabətin tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, Rüstəm Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və Avropa çempionudur.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/cudocu-rustem-orucov-ikinci-defe-meglub-oldugu-hidayet-heyderovla-yeniden-qarsilasmaq-arzusundadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR