Türkiyə atleti: "Məni sona qədər dəstəklədikləri üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm"

Türkiyə atleti: "Məni sona qədər dəstəklədikləri üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm"
16:50 14 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Məni sona qədər dəstəklədikləri üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm".

Trend-in Azərbaycan Ağır Atletika Federasiyasına istinadən verdiyi məlumata görə, bunu ağır atletika yarışlarında qızıl medal qazanan Türkiyə idmançısı Sümeyya Kentli deyib.

Türkiyəli atlet yarışdan sonra qələbə sevincini bölüşüb:

“Yarışdakı çıxışımı çox yaxşı dəyərləndirirəm. Burada hazırlıq zamanı etmədiyim nəticəni göstərdim. Məni yarış zalında sonadək dəstəklədikləri üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Özümü burada Türkiyədəki kimi hiss etdim”.

Xatırladaq ki, bu gün çəkisi 58 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Qalib adını türkiyəli atlet S.Kentli qazanıb. O, birdən qaldırma hərəkətində 90 kq, təkanla qaldırmada isə 117 kq-ı ram edib. Toplam 207 kq (90+117) nəticə göstərən qardaş ölkə təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR