ŞOK: Konservdən naməlum məxluq çıxdı

İngiltərədə yemək üçün açdığı konservdən naməlum canlının çıxması qadını dəhşətə gətirib.

Metbuat.az bildirir ki, 28 yaşlı Zoe Butlerin marketdən aldığı konservin içindən iri gözləri olan kiçik bir məxluq çıxıb.

Əvvəl qorxduğunu deyən Butler sonra özünə gələrək gördüyü mənzərənin şəklini çəkib:

"Konservin qapağını açdım və bir qaraltı gördüm. Çəngəllə tərpətdim və mənə baxan bir cüt göz gördüm. O anda çox qorxdum. Təşvişlə konserv qutusunu masaya atdım. Sonra özümə gələrək həmin məxluqun şəklini çəkdim" - deyə Zoe Butler bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR