Hasan Akkuş: İslamiadanın təşkili olimpiadaların təşkilatçılıq səviyyəsindən geri qalmır

Hasan Akkuş: İslamiadanın təşkili olimpiadaların təşkilatçılıq səviyyəsindən geri qalmır
17:50 14 May 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında təşkilatçılıq yüksək səviyyədədir.

Trend-in Azərbaycan Ağır Atletika Federasiyasına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Ağır Atletika Federasiyasının Qitələrarası Komissiyasının üzvü Hasan Akkuş deyib.

O, təşkilatçılıq səviyyəsindən razı qaldığını bildirib: “Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirik. I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunlarında da təşkilatçılıq yüksək səviyyədədir. Açılış mərasimi çox gözəl idi. İdman zalları, hotellər və şəhərinizin gözəl görünüşü də hər kəsi heyran edir. Yarışı izləməyə gələnlər gördüklərindən çox məmnundurlar. Dünya, Avropa çempionatları, Olimpiadalarda olmuşam, təşkilatçılıq səviyyəsinə şahidlik etmişəm. Deyə bilərəm ki, İslam Oyunlarında təşkilatçılıq onların heç birindən geri qalmır".

H.Akkuş qeyd edib ki, Azərbaycan çox sürətlə inkişaf edən, dəyişən ölkədir: "Ölkə hakimiyyətinin diqqəti, eyni zamanda insanların böyük işlərin öhdəsindən gəlmə qabiliyyəti, böyük qonaqpərvərlik xüsusi vurğulanmalıdır. Yarışlara çoxlu ölkə, idmançı qatılıb. Medalları həm Türkiyə, həm də Azərbaycan qazanır, birlikdə sevinirik. Təşkilatçılıqda isə həmişə deyirəm: siz təşkil edirsiniz, biz qürur duyuruq. Azərbaycan bundan daha yaxşısını da etməyə hər zaman, hər an hazırdır”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR