Yəməndə vəba epidemiyası: 115 nəfər öldü

Yəməndə vəba epidemiyası: 115 nəfər öldü
18:04 14 May 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 115 nəfərin həyatına son qoyub.

 

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) açıqlayıb.

 

BQXK təmsilçisi Dominik Stillxart deyib ki, Yəmənin 14 vilayətində 8,5 mindən çox insan vəbaya yoluxub. Son həftə ərzində yoluxanların sayı 3 dəfəyə qədər artıb. Yəməndə xəstəxanalar tam dolub və xəstə axınını qarşılayacaq potensialda deyil.

 

Qeyd edək ki, Yəmən hakimiyyəti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə  Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR