Lukaşenkonun oğlu Çinin birinci xanımına mücrü hədiyyə etdi

Lukaşenkonun oğlu Çinin birinci xanımına mücrü hədiyyə etdi
18:22 14 May 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko Pekində keçirilən "Bir xətt- bir yol" forumuna qatılıb.

Qafqazinfo-nun "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, Lukaşenkonu Çin səfərində 12 yaşlı oğlu Nikolay müşayiət edib. 

Ata ilə oğlu Çin prezidenti Si Tsinpin və onun xanımı Pen Liyuanla şəkil çəkdirib. 

Nikolay Çinin birinci xanımına mücrü hədiyyə edib, Liyuan isə onun hər iki yanağından öpərək təşəkkür edib. 

Qeyd edək ki, Belarus prezidenti, demək olar ki, getdiyi bütün rəsmi səfərlərdə kiçik oğlunu da özü ilə birgə aparır. Lukaşenko 2016-cı ilin noyabrında Azərbaycana səfəri zamanı da Nikolayı özü il gətirmişdi.

O, 2015-ci ildə 11 yaşlı oğlunu BMT-nin Baş Assambleyasına apararaq onu nümayəndə heyətinə məxsus yerdə əyləşdirmişdi. Prezidentin bu addımı dünya siyasətçiləri arasında ciddi müzakirələrə səbəb olmuşdu. Bir çoxları Lukaşenkonun bu addımını oğlunu öz siyasi varisi kimi görməsi kimi əsaslandırsalar da, prezident bu söz-söhbətləri əsassız adlandırmışdı. Lider bunu onunla izah etmişdi ki, uşaq ona çox bağlıdır və onsuz heç yatmağa da getmir.

A.Lukaşenko bu ilin aprelində Nikolayı Qırğızıstandakı sammitə də aparmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR