Bakı-2017: Azərbaycan karateçisi çempion oldu

Bakı-2017: Azərbaycan karateçisi çempion oldu
18:29 14 May 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan karateçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında çempion olub.

Trend-in məlumatına görə, karate (kata) yarışının finalında təmsilçimiz Roman Heydərov Türkiyə idmançısı Mehmet Yakanla qarşılaşıb.

Yekunda 3:2 hesabı ilə qalib gələn karateçimiz qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR