Bakı-2017: Boksçularımız ilk medalı təmin etdilər

Bakı-2017: Boksçularımız ilk medalı təmin etdilər
18:43 14 May 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/4 final mərhələsinə start verilib.

Azərbaycan millisinin üzvü Cavid Çələbiyev Bakıda təşkil olunan yarışda ilk sınağına çıxıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz türkiyəli Hakan Doğanla (Türkiyə) üz-üzə gəlib. Görüş C.Çələbiyevin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldır.

Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR