Ayşə Qurbanlı: "İslamiadadakı gümüş karyeramda ən yaxşı nəticədir"

Ayşə Qurbanlı: "İslamiadadakı gümüş karyeramda ən yaxşı nəticədir"
18:50 14 May 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına güclü idmançılar gəlib, ona görə də hər bir medalı qazanmaq xüsusi əhəmiyyət kəsb edir.

Bunu Trend-ə qadınlar arasında cüdo üzrə 48 kq çəki dərəcəsində gümüş medal qazanmış idmançımız Ayşə Qurbanlı deyib.

Onun sözlərinə görə, İslamiadanın doğma şəhərdə keçirilməsi məsuliyyət hissini artırır:

“Mənim beynəlxalq arenada uğurlarım olub, amma Bakıda əldə olunan “gümüş” böyük əhəmiyyət kəsb edir. Bu mənim karyeramda ən yaxşı nəticədir”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR