Ayşə Qurbanlı: "İslamiadadakı gümüş medal karyeramda ən yaxşı nəticədir"

Ayşə Qurbanlı: "İslamiadadakı gümüş medal karyeramda ən yaxşı nəticədir"
18:57 14 May 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına güclü idmançılar gəlib, ona görə də hər bir medalı qazanmaq xüsusi əhəmiyyət kəsb edir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə qadınlar arasında cüdo üzrə 48 kq çəki dərəcəsində gümüş medal qazanmış idmançımız Ayşə Qurbanlı deyib.

Onun sözlərinə görə, İslamiadanın doğma şəhərdə keçirilməsi məsuliyyət hissini artırır:

"Mənim beynəlxalq arenada uğurlarım olub, amma Bakıda əldə olunan "gümüş" böyük əhəmiyyət kəsb edir. Bu mənim karyeramda ən yaxşı nəticədir".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR