Azərbaycan 14-cü qızıl medalını qazandı

Azərbaycan 14-cü qızıl medalını qazandı
19:06 14 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçusu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında çempion olub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə qarşılaşıb.

Görüşdə tam qələbə qazanan cüdoçumuz qızıl medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR