Adil Əliyev mükafatlandırıldı

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin fəaliyyəti diqqətdən kənar qalmayıb.

Metbuat.az bildirir ki, millət vəkili beynəlxalq səviyyəli yarışlarda göstərdiyi fəallığına görə dünən İstanbulun Gebze qəsəbəsində məşhur kikboksçumuz Zabit Səmədovla belçikalı Məhəmməd Malik Sinistra arasında baş tutan yarışdan sonra mükafatlandırılıb.

Qeyd edək ki, baş tutan yarışda məşhur kikboksçumuz Zabit Səmədov rəqibi üzərində parlaq qələbə qazanıb. // Ölkə.Az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR