Azərbaycan gimnastları qızıl və bürünc medal qazandılar

Azərbaycan gimnastları qızıl və bürünc medal qazandılar
19:27 14 May 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bədii gimnastı Marina Durunda Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında halqa ilə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, M.Durunda finalda 17.600 bal toplamaqla bütün rəqiblərini geridə qoyub.

Daha bir Azərbaycan gimnastı Jalə Piriyeva bürünc medala sahib çıxıb - 16.050 bal.

Gümüş medala isə özbəkistanlı Anastasiya Serdyukova yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR