Əfqanıstanın təhlükəsizlik qüvvələri 70-dən çox silahlını zərərsizləşdirib

Əfqanıstanın təhlükəsizlik qüvvələri 70-dən çox silahlını zərərsizləşdirib
19:32 14 May 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ Əfqanıstanın 9 vilayətində sutka ərzində keçirilmiş hərbi əməliyyatların gedişində 73 silahlı zərərsizləşdirilib.
"Report"un məlumatına görə, bu barədə "TASS" Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələrinin əməliyyatı Gülmənd, Qəndahar, Qunduz, Badahşan, Uruzxan, Badris, Bağlan, Balh və Samanqan vilayətlərində keçirilib.
Bundan əlavə, DİN-in məlumatına görə, Balh vilayətində zərərsizləşdirilmiş islamçıların arasında "Taliban" radikal hərəkatının səhra komandirlərindən olan Mulla Anamulla da var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanin-tehlukesizlik-quvveleri-70-den-cox-silahlini-zerersizlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR