35 il sonra növbəti biabırçılıq

35 il sonra növbəti biabırçılıq
19:32 14 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

"İnter" İtaliya A seriyasının 36-cı turunda "Sassuolo"ya uduzub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,1:2 hesablı məğlubiyyət milanlılar üçün ardıcıl 4-cü olub.
 
Bu oyuna qədər "Cenoa" (0:1), "Napoli" (0:1) və "Fiorentina"dan (4:5) zəif olan "neradzurra" "Milan"la heç-heçədən əvvəl "Krotone" (1:2) və "Sampdoriya" (1:2) ilə bacarmamış, ondan öncə isə "Torino" ilə xalları yarı bölmüşdü.
 
Beləliklə, ardıcıl 8 oyunda qələbəyə həsrət qalan "İnter" öz antirekordunu təkrarlayıb. Sonuncu dəfə 1982-ci ildə belə biabırçı çıxış etmiş Milan təmsilçisi 35 il sonra növbəti dəfə uğursuz seriyanı təkrarlayıb.
 
Qeyd edək ki, hazırda aktivində 56 xal olan komanda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR