Allahın sağaldacağını düşünərək xəstəni müalicə etdirməmək olarmı?

Allahın sağaldacağını düşünərək xəstəni müalicə etdirməmək olarmı?
19:47 14 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Sözsüz ki, şəfanı verən Uca Allahdır, lakin yanız Allaha təvəkkül edərək heç bir əməl etmədən hər hansı bir çətinliyin aradan qalxacağını və ya müalicə olunmadan xəstələyin sağalacağını düşünmək isə böyük səhvdir.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Şübhəsiz ki, Allah xəstəliyi də, şəfasını da və hər dərdin dərmanını da yaratdı. Allahın yaratdığı bu şəfalı dərmanlarla müalicə olmağa çalışın. Ancaq haramla müalicə olmağa cəhd etməyin". (Əbu Dəvud). Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər dedi: "Ey Allahın Elçisi! Dəvənin (yüyənini qaçmasın deyə) bağlayaraq təvəkkül edim, yoxsa bağlamayım və Allaha təvəkkül edim (ki, qaçmayacaq)?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Bağla və təvəkkül et". (ət-Tirmizi, 2517, 2707).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR