"Bakıdakı IV İslam Həmrəyliyi Oyunları yeni qələbələrə aparan yoldur" - Nəzakət Əzizova - FOTO

"Bakıdakı IV İslam Həmrəyliyi Oyunları yeni qələbələrə aparan yoldur" - Nəzakət Əzizova - FOTO
19:52 14 May 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Bakıdakı IV İslam Həmrəyliyi Oyunları yeni qələbələrə aparan yoldur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu qadınlar arasında cüdo üzrə 52 kq çəki dərəcəsində gümüş medal qazanmış Nəzakət Əzizova deyib.

O deyib: "Mənim artıq beynəlxalq arenada müəyyən təcrübəm var. Birinci Avropa Oyunlarında sambo üzrə gümüş medal qazanmışdım. Digər uğurlarım da olub. Təəssüf ki, İslamiadada finalda məğlub oldum. Çünki özümə inamlı çıxmışdım. Qarşıda məni digər turnirlər gözləyir. Yüksək nəticələr qazanmağa çalışacağam".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR