Bakı- 2017: Teymur Məmmədov İslamiadada ilk qələbəsini qazandı

Bakı- 2017: Teymur Məmmədov İslamiadada ilk qələbəsini qazandı
19:55 14 May 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Boks üzrə Azərbaycan millisi daha bir medalı təmin edib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamızın üzvü Teymur Məmmədov buna Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlməklə nail olub.

Belə ki, Avropa çempionumuz İslamiadada debüt görüşündə Özbəkistan boksçusu Sardorbek Beqaliyev üz-üzə gəlib. Qarşılaşma Məmmədovun qələbəsi ilə yekunlaşıb – 5:0.

Teymur yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi isə İhab Almatbuliyə (İordaniya) 3:2 hesabı ilə qalib gələn Eldin Qoussun (Suriya) olacaq.

Xatırladaq ki, T.Məmmədovdan öncə Cavid Çələbiyev (60 kq) də 1/2 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR