Meyvə-tərəvəzdə gübrələrdən necə xilas olmalı?

Meyvə-tərəvəzdə gübrələrdən necə xilas olmalı?
19:57 14 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Meyvə-tərəvəzləri necə necə yumalı?

Kələm
Kələmin üst yarpaqlarını xaric etdiklə nitratların çox hissəsindən xilas olmaq olur.
Kartof
Kartofun qabığının altında nitratlar toplanır. Ondan xilas olmaq üçün kartofu bişirib qabığını soyduqdan sonra da yumaq lazımdır.
Qabaq, xiyar və badımcan
Bu qidaları alarkən onların rənglərinə diqqət yetirin. Bu meyvələrin rənginin çox tünd olması onların tərkibində nitrarların çox olmasının göstəricisidir. Nitratlar bu meyvələrin qabığında toplanır. Buna görə də bu qidalardan istifadə edərkən qabığını soymaq lazımdır.
Çəfəri, şüyüd və digər göyərtilər
Nitratlar göyərtilərin həm toxumunda, həm də yaşıl yarpaqlarında yığılır. Bu səbəbdən də göyərtiləri işlətməzdən əvvəl çoxlu yumaq lazımdır.
Pomidor
Pomidoru qabığı nə qədər qalın olarsa onun tərkibindəki kimyəvi madələrin miqdarı bir o qədər çoxdur. Pomidorun qabığının qalın olması onun kimyəvi madddələrlə yetişdirilməsinin göstəricisidir. Heç vaxt narıncı rəngdə olan pomidor aımayın. İçərisində ağ xətlərin olması və özəyinin bərkliyi pomidorun kimyəvi gübrələrlə yetişməsinin nişanəsidir. Bu cür pomidor almsınızsa mütləq ən azı 1 saat suda saxlyın.
Yerkökü, turp və çuğundur
Yeyilməli hissəsi torpaqda olan bitkilri alarkən onların yaşıl hissəsi ilə birləşən yerinə diqqət yetirin. Əgər bu tərəvəzlərin torpaqda qalan hissəsinin ucu çox uzundursa o zaman deməli bu tərəvəzlər kimyəvi gübrələrlə yetişdirilib. O zaman tərəvəzin uc və baş hissəsindən 1 sm ölçüdə kəsin.
Üzüm
Üzümü uzun müddət saxladıqda o funqisidlər ifraz edir. Bundan xilas olaq üçün üzümü yeməzdən əvvəl çoxlu yumaq lazımdır.
Qarpız
Heç vaxt ortasından kəsilmiş və ya polietilen paketə bükülüb satılan qarpız almayın. Bu cür qarpızlarda çoxlu bakteriyalar inkişaf etmiş olur. Əgər qarpızı kəsərkən onun içərisində uzun liflər görsniz deməli qarpız kimyəvi üsullarla yetişdirilib.
Alma və armud
Milli.Az immunitet.az-a istinadən bildirir ki, alma və armud alarkən onun qabığına diqqət yetirin Əgər sürüşkənlik varsa deməli bu meyvələrə qorunması üçün difenil sürtülüb. Avropa Birliyi və Amerika ölkələrində meyvələrin uzun müddət qalması üçün bu maddələrin istifadəsinə qadağa qoyulub. Buna səbəb isə maddənin kanserogen və allergik olmasıdır. Difenil sürtülmüş meyvələri yumazdan əvvəl onları yaxşı təmzləmək v yumaq lazımdır.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR