Rafael Ağayev qucağında oğlu, əlində də qızıl medalı - FOTO

Rafael Ağayev qucağında oğlu, əlində də qızıl medalı - FOTO
19:57 14 May 2017
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına layiq görüldükdən sonra istifadəçisi olduğu sosial şəbəkədə maraqlı fotosunu paylaşıb.

Milli.Az big.az-a istinadən bildirir ki,  5 qat dünya çempionumuz qucağında yeni dünyaya gələn oğlu Ramal və əlində yeni qazandığı qızıl medalla çəkilən şəklini bölüşüb.

Qeyd edək ki, 75 kq çəki dərəcəsində çıxış edən R.Ağayev bütün rəqiblərinə qalib gəlib və yarışların çempionu adına yiyələnib.
Qızıl medala gedən yolda Ərman Eltemura (Türkiyə) 3:0, Sultan Əl-Zəhraniyə (Səudiyyə Ərəbistanı) 7:2, Şarmendran Raqxonatana (Malayziya) 5:0 hesabı ilə qalib gələn dünya çempionumuz finala yüksəlib.
İdmançımız həlledici qarşılaşmada Abbas Qulam (Pakistan) ilə görüşüb. 4:0 hesabı ilə önə çıxan karateçimiz ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
2013-cü ildə İndoneziyada da eyni uğura imza atan idmançımız 2005-ci ildə bu yarışda bürüncə yiyələnmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/544724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR