İslamiada: Azərbaycanın daha üç karateçisi qızıl medal qazanıb

İslamiada: Azərbaycanın daha üç karateçisi qızıl medal qazanıb
20:02 14 May 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən karateçi Ayxan Mamayev qızıl medal qazanıb. "Report"un məlumatına görə, 84 kq çəki dərəcəsində çıxış edən Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu yenib - 1:0.
**** 19:53
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən karateçi Roman Heydərov qızıl medal qazanıb. "Report"un məlumatına görə, kata yarışında çıxış edən Heydərov finalda türkiyəli Mehmet Yakanı üstələyib - 3:2.
*** 19:48
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın karateçi İrina Zaretska qızıl medal qazanıb. "Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən Zaretska finalda türkiyəli Eda Eltemuru məğlub edib - 6:0.
Bu, Azərbaycan karateçilərinin İslamiadada 3-cü qızıl medalı, ümumilikdə isə 6-cı medalı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-azerbaycan-karatecisi-qizil-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR