Dənizdən tapılan şeyləri mənimsəmək halaldır?

Dənizdən tapılan şeyləri mənimsəmək halaldır?
20:05 14 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Dənizdən tapılan şeyləri götürmək günahdır? Mən dənizin dibində bir üzük tapdım. Yiyəsini tapa bilmədim. Bəzi adamlar mənə dedilər ki, dənizdən nə tapsan, sənə halaldır. Amma mən tərəddüd edirəm, ürəyimə yatmır. Belə olan halda, o üzüyü nə etməliyəm? Ehtiyacı olan bir nəfərə verməliyəm?
Cavab: Həmin üzük sizə halal olmaz. Camaat arasında deyirlər ki, kim dənizdə nə tapıbsa, ona halaldır. Bu sözün tutarlı bir əsası yoxdur. Quruda olduğu kimi, suda tapılan şeylər barədə də dinimizin tapılmış şeylər (luqata) haqqında verdiyi hökmlər tətbiq olunur.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, fiqh və elmihal kitablarında tapılan şeylərlə əlaqədar çoxlu hökm qeyd olunub. Lakin indiki dövrdə həmin hökmləri tətbiq etmək çətindir. Beləliklə, belə bir hadisə ilə üzləşən insan ya yaxınlıqda yerləşən polis bölməsinə gedib tapdığı şeyləri aktlaşdırılmaq şərtilə təhvil verməli, ya bir kasıba verməli, ya da bir məscidə gedib həmin şeyi məsciddəki səlahiyyətli şəxslərə təhvil verməlidir. Bu ən münasib yoldur. Çünki indiki dövrdə, xüsusilə də böyük yaşayış məntəqələrində itən əşyanın sahibini tapmaq xeyli çətindir.

Dənizdə balıq, molyuska və oxşar şeylər tapdıqda onları götürmək olar. Bu tamamilə başqa bir məsələdir və dəniz ovu kateqoriyasına daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR